"Qarabağ"ın rəqibi gücləndi -Transfer
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniya “Vilyarreal”ı İngiltərə "Tottenhem"inin futbolçusu Xuan Foytu icarəyə götürüb.
Sportfm.az xəbər verir ki, Argentina millisinin 22 yaşlı mərkəz müdafiəçisi yeni komandasında bir mövsüm çıxış edəcək. O, icarəyə verilməmişdən öncə “Tottenhem”lə 2023-cü ilədək yeni müqavilə bağlayıb.
Foyt 3 il əvvəl "Estudiantes"dən 13 milyon avroya alınsa da, əsas heyətdə möhkəmlənə bilməyib. Gənc müdafiəçi cəmi 32 matçda 1 qolla fərqlənib. 2020/2021 mövsümündə isə o, ümumiyyətlə iştirak ərizəsinə düşə bilməyib.
Qeyd edək ki, daha əvvəl Xuan Foytla İtaliyanın "Milan" və İspaniyanın "Barselona" klubları da maraqlanıb. "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 10-da isə səfərdə qarşılaşacaq.
Oxşar xəbərlər
“Qarabağ”ın rəqibində itki - Daha bir futbolçu
Həftənin rəmzi komandası açıqlandı - Avropa Liqası
"Qarabağ"ın rəqibi yeni transferini təqdim etdi - FOTO
“Qarabağ”ın daha bir rəqibi oyunlarında azarkeş istəyir - Avropa Liqası
"Real"ın yetirməsi “Makkabi”də - 1+1 illik müqavilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası