FİFA AFFA-ya məktub ünvanladı -Futbolçu sayını artırın
FIFA DÇ-2022-nin seçmə mərhələsi öncəsi bütün milli assosiasiyalara oyunlarda iştirak üçün sifariş ərizəsində futbolçu sayını çoxaltmağı tövsiyə edən məktub göndərib.
Sportfm.az xəbər verir ki, ali futbol qurumunun bayrağı altında keçirilən matçlarda yığmalara minimum oyunçu limiti tətbiq olunmayacaq (UEFA-da bu say 13-dür).
FİFA federasiyalara kifayət qədər ehtiyat futbolçu götürməyi və siyahını genişləndirməyi tövsiyə edib. Həmçinin sənəddə azarkeşlərə məhdudiyyət barədə heç bir qeyd yoxdur. Amma stadionda olan fanatların maska taxmasının vacibliyi vurğulanıb. Həmçinin oyunlarda azyaşlı uşaqların topdaşıyan kimi iştirakı məsləhət görülmür.
Bundan başqa, futbolçulara otellərdə qalmaq tövsiyə olunub. Lakin onların bufetlərə girişi qadağandır. Komandalar və hakimlər stadiona 10 dəqiqə intervalla gəlməlidirlər. Oyunçular meydana növbə ilə çıxacaqlar. Futbolçuların və milli komandaların nümayəndələrinin maskasında hər hansı rəmz olmamalıdır.(sportnet.az)
Oxşar xəbərlər
FİFA yeni qaydalar tətbiq edəcək - İcarə şərtləri dəyişir
Azərbaycanda salamlaşmaq qadağan olundu - Futbolçulara
FIFA milli komandaların oyunlarının təxirə salınmasını təklif etdi
FİFA yenilikləri açıqladı
Ərəb ölkələri FİFA-ya məktub göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO















Misli Premyer Liqası