Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gerye "Legiya"ya qarşı oynamağa hazırdır -Pasportu gəldi
"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sına qarşı oynaya bilər.
Sportfm.az xəbər verirki, bu barədə haitili yarımmüdafiəçinin özü məlumat verib.
31 yaşlı oyunçu bildirib ki, artıq pasport məsələsi həllini tapıb: "Bu gün lazım sənədi göndərdilər. Haiti prezidenti bu işdə mənə yaxından kömək etdi. Varşavaya getmək istəyirəm. Hazırda bu istiqamətdə işlər gedir. Klubdan cavab gözləyirəm. Amma hələ heç nə bilinmir".
Polşa mətbuatı isə yazıb ki, Gerye Bakıdan İstanbula, oradan isə Varşavaya uçacaq. Onun bu gün axşam və ya sabah səhər saatlarında Polşada olacağı bildirilib.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. (report)
Oxşar xəbərlər
Donald Gerye Polşa klubuna keçdi - Müqavilə
Gerye "Qarabağ"ı yalnız qoymayacaq - Komandaya qoşuldu
"Qarabağ" Polşaya yollanır - "Legiya" - "Qarabağ"
"Qarabağ" 23 futbolçu sifariş etdi - "Legiya" ilə oyun üçün
"Qarabağ" "Legiya" ilə nə vaxt qarşılaşacaq? - Məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası