reklam
Sportfm.az xəbər saytı

"Real" Yaponiyaya yollandı


Klublararası dünya çempionatında iştirak edəcək "Real" İspaniyanı tərk edib. Sportfm.az xəbər verir ki, "kral klubu" bu gün Yaponiyaya gedib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Ötən gecə "Deportivo" üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanan madridlilər gecəni Tokiyoda keçirdikdən sonra oyunun baş tutacağı Yokohamada məskunlaşacaq.
Xatırladaq ki, "Real”ın turnirdə ilk rəqibi 1/2 finalda 1/4 final mərhələsinin "Çonbuk Xenday Motors” – "Amerika” cütünün qalibi olacaq. Oyun dekabrın 15-də keçiriləcək.

Oxşar xəbərlər

Klublararası dünya çempionatının vaxtı müəyyənləşdi
"Real" finala çıxdı - Klublararası dünya çempionatı
Klublararası dünya çempionatının püşkü atıldı
“Real” dünya çempionatının finalında -VİDEO
Klublararası dünya çempionatına start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər