reklam
Klublararası dünya çempionatına start verilib
Sportfm.az xəbər saytı

Klublararası dünya çempionatına start verilib


Bu gün Yaponiyada klublararası dünya çempionatına (KDÇ) start verilib.

Komanda.az xəbər verir ki, dünya çempionatı "Kasima Antlers” (Yaponiya) - "Oklend Siti” (Yeni Zelandiya) oyunu ilə start götürüb. 1/4 finala çıxmaq üçün mübarizə aparan komandaların qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

Klublararası dünya çempionatında bu komandalar iştirak edir:

"Real” (Avropa), "Atletiko Nasyonal” (KONMEBOL), "Çonbuk Hönde Motors” (Asiya), "Mamelodi Candaunz” (Afrika), "Amerika” (KONKAKAF), "Oklend Siti” (Okeaniya) və meydan sahiblərinin təmsilçisi - Yaponiyanın "Kasima Antlers” komandası.

"Real”la "Atletiko Nasyonal” mübarizəyə yarımfinaldan qoşulacaqlar.

Yeri gəlmişkən, Yaponiyadakı çempionat hakimlərin videoassistentinin istifadə olunduğu ilk rəsmi yarışdı. Bu cür texnologiya ilk dəfə sınaqdan çıxarılır. Videoköməkçi ehtiyat və əlavə hakimlər kimi yardımçı funksiyasını yerinə yetirəcək. Yekun qərar isə baş hakimə məxsus olacaq.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi edəcək
Klublararası dünya çempionatının püşkü atıldı
"Real" finala çıxdı - Klublararası dünya çempionatı
“Real” dünya çempionatının finalında -VİDEO
Mundialın 5-ci iştirakçısı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər