reklam
Avropa Liqasının ən yaxşıları
Sportfm.az xəbər saytı

Avropa Liqasının ən yaxşıları


UEFA Avropa Liqası 2016/2017-ci il mövsümünün qrup mərhələsinin ən yaxşılarını və turnirdə yaddaşlarda qalanları açıqlayıb. Sportfm.az xəbər verir ki, siyahıda yer alan komandalardan biri də "Qarabağ"la eyni qrupda yer alan "Slovan"dı. 1-ci tur çərçivəsində "Dalğa Arena"da baş tutan matçda Çexiya klubunun futbolçusu Yan Şikoranın Ağdam təmsilçisinin qapısından keçirdiyi top mövsümün və Avropa Liqası tarixinin ən erkən qolu olub.
 
Mövsümün ən yaxşılarının siyahısını təqdim edirik:
1. Ən yaxşı komanda: "Şaxtyor" Donetsk (Ukrayna)
Qrup mərhələsində keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Ukrayna klubu ən yaxşı adına layiq görülüb.
2. Ən yaxşı futbolçu: Juliano - "Zenit" (Rusiya)
Qrup mərhələsində 2 matçda "Zenit"ə qələbə qazandıran braziliyalı futbolçu ən yaxşı seçilib.
3. Parlayan ulduz: Leon Beyli - "Genk" (Belçika)
Qrupu ilk pillədə başa vuran Belçika təmsilçisində göstərdiyi oyunla ön plana çıxıb.
4. Ən yaxşı qol: Musa Sou - "Fənərbaxça" (Türkiyə)
Seneqallı forvardın "Mançester Yunayted"ın qapısına vurduğu qol ən yaxşı seçilib.
5. Ən yaxşı oyun: "Makkabi" (İsrail) - "Zenit" (Rusiya) 3:4
"Zenit"in 77-ci dəqiqədən sonra vurduğu qollarla qələbə qazandığı oyun ən yaxşı qarşılaşma hesab edilb.
6. Ən yaxşı performans: Arits Aduris - "Atletik" Bilbao (İspaniya)
"Genk"lə matçda 5 qol vuran 35 yaşlı forvardın oyunu ən gözəl olaraq dəyərləndirilib.
7. Ən çox azarkeş olan matç: "Mançester Yunayted" - "Fənərbaxça" 73 063 nəfər
Qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan oyunda ən çox azarkeş qeydə alınıb.
8. Ən erkən qol: Yan Şikora - "Slovan" (Çexiya) 10, 69 saniyə
Libereç təmsilçisinin "Qarabağ"ın qapısından keçirdiyi qol qrup mərhələsinin ən erkən qolu olub.

Oxşar xəbərlər

UEFA Avroliqanın ən yaxşı qollarını açıqlayıb, "Qarabağ"ın futbolçularından siyahıda kim var? - VİDEO
"Zenit", "Şalke", "Şaxtyor" və "Ayaks" 1/16 finala yüksəldi
"Mançester Yunayted" və "Fənərbaxça"dan çətin qələbə
Türk qapıçı Avroliqanın ən yaxşısı seçildi
Avropa Liqasının qrupları məlumdur - NƏTİCƏLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər