Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qvardioladan dünya futbolunu sarsıdacaq ideya
"Mançester Siti”nin ispaniyalı baş məqşçisi Xosep Qvardiola yeni bir ideya ilə çıxış edib. Sportfm.az xəbər verir ki, mütəxəssis FİFA prezidenti Canni İnfantinonun DÇ-nın iştirakçılarının sayını 48-ə çatdırılması ideyası ilə bağlı fikrini bildirib. Həmçinin Qvardiola təklif edib ki, oyunda əvəzetmələrin sayında dəyişiklik edilsin.
"Çox komanda, çox oyun deməkdir. Bu futbolçuları rəsmən öldürməkdi. Futbolun keyfiyyətidə aşağı düşəcək. Mən futbolçuları düşünürəm, onlar insandır, robot deyil. Hazırda cəmi 3 əvəzetmə etmək mümkündür. Matç sayı artacaqsa, onda qoy 6 əvəzetmə olsun. Bu daha yaxşı olardı”-deyə, Qvardiola bildirib.
Qeyd edək ki, bir müddət öncə, FİFA prezidenti dünya çempionatında yığmaların sayının artırılmasının lazım olduğunu vurğulayıb.
Oxşar xəbərlər
"Pep" də Qurbanov kimi rekorda doymur
Xosep Qvardiola 100-ə çatdı
Xosep Qvardiola:"Bir titul üçün hər şeyi qurban vermək olmaz"
Xosep Qvardiola: "Barsa" yalnız bir futbolçuya görə elə oynayır"
Qvardiola azyaşlı azarkeşlə taksidə - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası