reklam
Sportfm.az xəbər saytı

"Pep" də Qurbanov kimi rekorda doymur


“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, “şəhərlilər” Klublararası dünya çempionatının finalında Braziliya “Fluminense”sini 4:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Bununla da, ispaniyalı mütəxəssis karyerasında 4-cü dəfə Klublararası dünya çempionatının qalibi olub. Bu isə rekord deməkdir. O, “Real”la 3 dəfə Klublararası dünya çempionatını qazanan Karlo Ançelottini qabaqlayıb.

Qvardiola 2009-cu və 2011-ci illərdə “Barselona” ilə, 2013-cü ildə isə “Bayern”lə bu titulu əldə edib.

Oxşar xəbərlər

Klublararası dünya çempionatının vaxtı müəyyənləşdi
FİFA 19 klubun adını açıqladı - klublararası dünya çempionatı üçün
Dünya çempionatının topu - FOTO
“Real” Ançelottini göndərir
Ferstappen yeni rekorda imza atdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər