Millimizin rəqibləri müəyyənləşir -Avropa çempionatı
Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.
Azərbaycan yığması püşkatmada A səbətində yer alacaq. A, B və C səbətlərinin hər birində 8 komanda qərarlaşıb. Norveç D səbətində olan yeganə kollektivdir.
A səbəti
İspaniya, Portuqaliya (son qalib), Rusiya, Qazaxıstan, Serbiya, AZƏRBAYCAN, Xorvatiya, İtaliya
B səbəti
Ukrayna, Çexiya, Sloveniya, Rumıniya, Macarıstan, Fransa, Finlandiya, Slovakiya
C səbəti
Belarus, Bosniya və Herseqovina, Polşa, Belçika, Gürcüstan, Latviya, Moldova, Albaniya
D səbəti
Norveç
E səbəti
Türkiyə / Yunanıstan cütünün qalibi, San Marino / Danimarka cütünün qalibi, İsrail / Kipr cütünün qalibi, İsveçrə / Almaniya cütünün qalibi, İngiltərə / Şimali Makedoniya cütünün qalibi, Bolqarıstan / Ermənistan cütünün qalibi, Monteneqro / Litva cütünün qalibi
Oyun günləri
2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)
6-9 dekabr 2020
25 yanvar-3 fevral 2021
1-10 mart 2021
5-14 aprel 2021.
Oxşar xəbərlər
Millimizin rəqibləri müəyyənləşdi - AÇ-2022 - SİYAHI
Millimizin püşkatmadakı səbəti bəlli oldu - Avropa çempionatı
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
Millimiz İngiltərə və Türkiyə ilə eyni səbətdə
İtaliya və Türkiyə yığmamızla eyni qrupda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası