Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Yuventus"un futbolçusu Bekhemin klubunda -Baş məşqçi onu komandada görmək istəmir
İtaliyanın "Yuventus" klubunun futbolçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirməyə çox yaxındır.
Sportfm.az xəbər verir ki, 33 yaşlı hücumçu MLS təmsilçilərindən "İnter Mayami" ilə razılaşıb. Argentinalı forvardın sözləşməsi iki illik nəzərdə tutulub.
"Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo İquaini komandasında görmək istəmir.
Qeyd edək ki, Qonsalo İquain 2019/2020 mövsümündə "Yuventus"un heyətində 44 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Qonzalo İquain ABŞ klubunda - RƏSMİ
Qonzalo İquain "Yuventus"dan getdi - RƏSMİ
İquayn okeanın o tayına yollanır - Transfer
Pirlo onları istəmir - FOTO
Ronaldo gəldi, o gedir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası