Həmyerlimiz dünya çempionu oldu -39-cu qələbəsini qazandı
Avqustun 29-da Latviyanın paytaxtı Riqa şəhərində tay boks üzrə Beynəlxalq Federasiyanın (WKN) “LNK Fight Night 16” şousu çərçivəsində keçirdiyi dünya çempionatında həmyerlimiz Zaur Cavadov qalib gəlib.
Sportfm.az xəbər verir ki, “Studio 69” klubunun arenasında baş tutan həlledici döyüşdə Azərbaycan əsilli Latviya kikboksçusu Zaur Cavadov Slovakiyanın WKN üzrə çempionu Sebastyan Fapso ilə qarşılaşıb. O, rəqibi üzərində qələbə qazanaraq dünya çempionu tituluna layiq görülüb. Bununla da Zaur karyerasında 39-cu qələbəsini qazanıb ki, onların da 14-ü ardıcıl olub.
Qeyd edək ki, 2017-ci ildə "Arena Riqa”da “KOK World Grand Prix in Riga 2017” döyüş şousu zamanı moldovalı rəqibi Sergey Morariyə nokautla qalib gələrək dünya çempionu titulunu onun əlindən alıb.
Oxşar xəbərlər
MMA döyüşçümüz növbəti qələbəsini qazandı - UĞUR
Azərbaycanlı döyüşçü “Pitbull”u məğlub edərək "Rizin 20" kəmərini qazandı
MMA döyüşçümüz növbəti qələbəsini qazandı
Döyüşçümüz dünya kəmərinə sahib oldu - FOTO
Azərbaycanlı döyüşçü "Fight Night"la anlaşma imzaladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










.jpg)



Misli Premyer Liqası