Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin baş məşqçisi israilli futbolçuya dəvət göndərdi
2019/2020 mövsümünün sonunda "Samqayıt"ı Yunanıstan "Atromitos"una dəyişən israilli futbolçu Əmir Ağayev Azərbaycan millisinə çağırılıb.
Sportfm.az xəbər verir ki, yığmanın yeni baş məşqçisi İsrail əsilli 28 yaşlı yarımmüdafiəçini UEFA Millətlər Liqasının Lüksemburq və Kiprlə oyunlarına dəvət edib.
İddiaya görə, artıq bununla bağlı AFFA-dan Afina klubuna məktub göndərilib. Ağayev 31 avqust - 8 sentyabr tarixlərinə nəzərdə tutulan təlim-məşq toplanışına qatılmalıdır.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.
Oxşar xəbərlər
"Neftçi"nin oyunçusu millimizə dəvət aldı
Əmir Ağayev millinin toplanışında iştirak etməyəcək
Dmitri Nazarov millidən imtina etdi
AFFA FIFA-ya müraciət etdi - Əmir Ağayevlə bağlı
İsrailli futbolçu "Sumqayıt"dan ayrıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası