Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan 1 pillə gerilədi -UEFA reytinqi
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA reytinqində növbəti dəyişiklik olub.
Sportfm.az xəbər verir ki, "Neftçi"nin evdə Şimali Makedoniya "Şkupi"sinə 2:1 hesabı ilə qalib gəlməsinə (0,375 xal) baxmayaraq, Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib.
Buna "Sumqayıt"ın doğma meydanda eyni ölkənin digər təmsilçisi "Şkendiya"ya 0:2 uduzması (0,125) və "Keşlə"nin Albaniya "Laçi"si ilə qolsuz bərabərə qalması (0,250) ilə yanaşı, Rumıniyanın 2 qələbə və 1 heç-heçə ilə reytinqini 15,950-yə çatdırması səbəb olub.
Qeydə alınan nəticələrdən sonra Azərbaycanın aktivində 15,875 xal var.
Oxşar xəbərlər
Azərbaycan UEFA reytinqində gerilədi - 25-dən 26-ya endi
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi
Millimiz iki pillə gerilədi - FIFA reytinqi
"Neftçi" 11 pillə irəlilədi - UEFA reytinqi
Azərbaycan UEFA-nın reytinq cədvəlində gerilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası