
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Futbolçuların hamısı əsas komandadan dəvət gözləyir”...Gəncədə
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Şahdağ”la oyunda "Kəpəz”in heyətində əvəzedicilərdən çağırılan üç futbolçu oynamaq şansı əldə edib. Sportfm.az xəbər verir ki, əvəzedici komandanın kapitanı Qaraxan Əliyev bu görüşdə meydana çıxıb. Bununla Əliyev "sarı-göylər”in heyətində debüt etmək imkanı yaxalayıb. Gənc oyunçu matçla bağlı açıqlama verib:
"Meydana daxil olanda həyacan vardı, məncə, bu da təbiidir. Vaxt irəlilədikcə oyuna uyğunlaşdım. Təcrübəlilərin yanında oynadım, bu şansı yaratdığına görə baş məşqçi Şahin Diniyevə minnətdaram. Əvəzedici heyətdə çıxış edən futbolçuların hamısı əsas komandadan dəvət gözləyir. Çalışacağam ki, daha tez-tez çağırılım. Məşqçilərimiz gənclərin oynamasına imkan verir və bu, bizim ürəyimizcədir. Odur ki, yenə əsas komandaya dəvət alacağıma ümid edirəm. Oyuna gəlincə, rəqib aqressiv komanda idi, hesab sizi aldatmasın, deməzdim ki, lap asanlıqla qələbə qazandıq. Növbəti mərhələyə vəsiqə əldə etdiyimiz üçün sevincliyik”.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"da yeni məşqçi - Təyinat
Şahin Diniyev əvəzedici heyətə "boylandı"
"Kəpəz"in yeni futbolçusu: "Onların sevgisini qazanmaq istəyirəm"
"Kəpəz"də 6 yeni futbolçu
"Kəpəz”in əvəzedici heyətinin kapitanı: “Uşaqlara yaxşı nümunə olmalıyıq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin