reklam
Ruslan
Sportfm.az xəbər saytı

Ruslan "Qarabağ"ın siyahısından çıxarıldı -İştirak ərizəsi


"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Moldova "Şerif"i ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov siyahıya 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçu daxil edib. 

I təsnifat mərhələsi ilə müqayisədə ölkə çempionunun iştirak ərizəsində dəyişiklik olub. Ağdam təmsilçisi yarımmüdafiəçisi Ruslan Hacıyevi yenidən "Səbail"ə icarəyə verib. Bu səbəbdən, oyunçu siyahıdan çıxarılıb. 

Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İmayıl İbrahimli, 19.Filip Ozobiç, 71.Toral Bayramov, 77.Donald Gerye, 

Hücumçular: 11. Mahir Emreli, 7. Kvabena Ovusu, 29. Musa Qurbanlı

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ"ın iştirak ərizəsi - SİYAHI
"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI
"Qarabağ" 23 futbolçu sifariş etdi - "Legiya" ilə oyun üçün
"Qarabağ" yeni transferini sifariş etdi - Çempionlar Liqası
"Sileks" və "Qarabağ" iştirak ərizəsini açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər