Yarımfinalın bütün iştirakçıları bilindi -Avropa Liqası
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları müəyyənləşib.
İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üzə gəlib. Görüş "Sevilya"nın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 88-ci dəqiqədə Lukas Okampos vurub.
Gecənin digər oyunu isə Ukrayna "Şaxtyor"u ilə İsveçrə "Bazel"i arasında olub. Oyuna erkən qolla başlayan ukraynalılar 2-ci dəqiqədə hesabı açıblar. Junior Moraes adını tabloya yazdırıb. Bundan 20 dəqiqə sonra isə Tayson komandasının üstünlüyünü 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda "Şaxtyor" daha 2 qol vurub. Əvvəlcə 75-ci dəqiqədə penaltidən Alan Patrik, 88-ci dəqiqədə isə Dodo fərqlənib. Oyunda son nöqtəni isə "Bazel"in heyətində Rikki Van Volfsvinkel qoyub - 4:1. Beləliklə, "Şaxtyor" inamlı qələbə ilə yarımfinala adlayıb.
Qeyd edək ki, yarımfinalda “Şaxtyor” İtaliya “İnter”i, "Sevilya" isə İngiltərə “Mançester Yunayted”i ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
İngiltərə - İspaniya dueli - Çempionlar Liqası
"Bavariya" və "Liverpul" 1/4 finalda Çempionlar Liqası
Bütün yarımfinalçılar müəyyənləşdi - Azərbaycan Kuboku
Həftənin rəmzi komandası - Avropa Liqası
Avropa Liqasında bütün 1/4 finalçılar bilindi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası