"Oyunumla azarkeşlərə zövq yaşatmağa çalışacağam" -"Səbail"in yeni transferi
"Səbail"in yeni transferi Florian Kadriu klubun saytına müsahibə verib.
Sportfm.az 23 yaşlı Albaniya əsilli şimali makedoniyalı vingerin müsahibəsini təqdim edir:
– “Səbail”ə xoş gəlmisən! Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?
– Öncə mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri ifadə etmək mümkün deyil. Çox sevinirəm.
– “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?
– Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.
– Öz oyun tərzini necə təsvir edə bilərsən?
– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.
– Yaxınların səni necə çağırır?
– Yaxınlarım məni Landi çağırır.
– Mövsüm avqustun 21-də başlayacaq. Həm şəxsi, həm də komandadan gözləntilərin nədir?
– İnanıram ki, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq. Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
– “Səbail”in azarkeşlərinə ismarıcın nədir?
– Azakeşlərə mesajım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.
Oxşar xəbərlər
""Sabahdan qorxmuruq" - Mirabdulla Abbasov
"Azarkeşlərimizin dəstəyinə çox ehtiyacımız olacaq" - Fərid Nəbiyev
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
"Hər klub "Neftçi" kimi varlı deyil"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası