reklam
“Qalatasaray”la müqavilənin detalları -
Sportfm.az xəbər saytı

“Qalatasaray”la müqavilənin detalları -Ardaya 4 milyon məvacib veriləcək


“Qalatasaray” yeni transferi Arda Turanın müqavilə müddətini və onun gəlirini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.

İstanbul təmsilçisi 2020-2021 mövsümündə Ardaya 4 milyon TL (təqribən 567 min avro) məvacib verəcək. Təcrübəli futbolçu bu müddətdə Avropa Liqası və Superliqada oyunların yarısından çoxunda ilk 11-likdə olsa, müqaviləsi avtomatik olaraq daha bir il uzadılacaq. 
Xatırladaq ki, “Atletiko” və “Barselona”da da çıxış etmiş Arda “Qalatasaray”ın yetirməsidir. 

Oxşar xəbərlər

Arda Turan karyerasını bitirdi
Arda ilə müqavilənin müddəti uzadıldı - 1 il
Arda ilə bağlı qərar verildi - Müqavilə uzadıldı
Arda "Qalatasaray"la anlaşdı - Transferin detalları
"Barselona" türk futbolçu ilə bağlı qərarını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər