"Barselona" türk futbolçu ilə bağlı qərarını açıqladı
İspaniyanın "Barselona" klubu futbolçusu Arda Turanla bağlı qərarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, "Başakşehir"lə yollarını ayıran türkiyəli yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Kataloniya təmsilçisinə qayıtmayacağı dəqiqləşib.
"Barsa"nın baş məşqçisi Ernesto Valverde 33 yaşlı oyunçunu komandasında görmək istəməyib. Ardaya özünə yeni klub axtarması tövsiyə olunub.
Nəşr iddia edir ki, Turanın "Barselona" ilə müqaviləsi olsa da, klubun qapıları onun üçün qapalıdır. Arda futbolçu karyerasına davam etmək istəyirsə, özünə başqa bir klub tapmağa məcburdur.
Qeyd edək ki, bu ilin iyununa qədər "Barselona" ilə müqaviləsi olan Arda Turanın sabiq komandası "Qalatasaray"a qayıdacağı iddia edilir.
Oxşar xəbərlər
Arda "Qalatasaray"la anlaşdı - Transferin detalları
"Barselona" Arda ilə bağlı qərarını verdi
Arda Turan qışda hansı kluba keçə bilər?
Arda "Barsa"dan gedir?
Arda Turanla bağlı qərar açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası