"Başakşəhər" meydana çıxır -Avroliqa
Martda koronavirus pandemiyasına görə dayandırılan Avropa Liqası bu gün bərpa ediləcək.
Sportfm.az xəbər verir ki, 1/8 final mərhələsinin bu gün 4 qarşılaşması baş tutacaq.
Danimarkanın “Kopenhagen” klubu doğma meydanda ilk matçda uduzduğu (0:1) Türkiyə çempionu “Başakşəhər”i qəbul edəcək.
Avstriyada LASK-ı 5:0 hesabı ilə məğlub edən “Mançester Yunayted” rəqibini “Old Trafford”da qəbul edəcək.
“İnter” Almaniyada “Xetafe” ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun baş tutmayıb.
“Şaxtyor” ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi “Volfsburq”u qəbul edəcək.
1/8 finalın cavab oyunlarına sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.
5 avqust
Avropa Liqası, 1/8 final mərhələsi, cavab oyunları
20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə)
İlk oyun - 0:1
20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya)
İlk oyun - 2:1
23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)
İlk oyun - 5:0
23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
İlk oyun keçirilməyib.
Oxşar xəbərlər
Avroliqada 1/4 finala yüksələn 4 klub bilindi
Avroliqada 1/8 final mərhələsi başlayacaq
İstanbulda sevincli, Londonda hüzünlü gecə - Avropa Liqası
Avropa Liqasında 1/8 finalın qalan iştirakçıları müəyyənləşcək
Avropa Liqası: 1/16 finalın püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası