reklam
“Keşlə” Şamaxıya kimləri aparır? -
Sportfm.az xəbər saytı

“Keşlə” Şamaxıya kimləri aparır? -Klub rəsmisi açıqladı


Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "Keşlə" komandası Bakını tərk edib.
Bu barədə klubun Mətbuat xidmətinin rəhbəri Murad Axundov məlumat verib.
Onun sözlərinə görə, dünən koronavirus testindən keçən komanda üzvlərindən heç birində infeksiya aşkarlanmayıb. Tərlan Əhmədovun başçılıq etdiyi kollektiv bu gün səhər saatlarında təlim-məşq toplanışı üçün Şamaxıya yola düşüb. Komanda tam heyətlə sözügedən bölgəyə yollanıb.
Şamaxı Olimpiya Kompleksində məskunlaşan kollektiv məşqlərini də orada edəcək. Paytaxt təmsilçisinin toplanış müddətində yoxlama oyunları keçirəcəyi gözlənilir.
Qeyd edək ki, "Keşlə" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl dayandırılan Premyer Liqanı 3-cü pillədə başa vurub.(report)

 

Oxşar xəbərlər

"Keşlə" Şamaxıya gedir
"Keşlə" testdən keçdi - nəticələr açıqlanacaq
Tərlan Əhmədovla yola davam - "Keşlə" qərar verdi
Tərlan Əhmədov "Keşlə"ni Türkiyəyə aparır
"Keşlə" təlim-məşq toplanışı üçün xaricə gedəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər