reklam
Şamaxıdakı yeni stadion -
Sportfm.az xəbər saytı

Şamaxıdakı yeni stadion -FOTOLAR


AFFA ilə Şamaxı rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşası başlanıb.

Sportfm.az xəbər verir ki, 2200 nəfər azarkeş tutumuna malik olacaq stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb. Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək. 

İnşaat işlərinin gedişi və digər texniki məsələlər barədə vaxtaşırı məlumat veriləcək. 

Qeyd: Təqdim olunan şəkillər layihənin konseptual fotolarıdır. 

 

 

Oxşar xəbərlər

Şamaxıda yeni stadion istifadəyə verildi - FOTO
Bakıda yeni futbol meydançası istifadə verildi - FOTO
Gəncədə məşq meydançası salınacaq
AƏFM layihəsi Tovuzda - FOTO
Şəmkirdə AƏFM layihəsi üzrə tədbir keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər