"Keşlə pulumu verməsə, FİFA-ya şikayət edəcəyəm" -Ruslan Qurbanov
"Avropa Liqasına vəsiqə qazandığımız üçün "Keşlə"nin mənə verməli olduğu mükafatı hələ almamışam".
Sportfm.az xəbər verir ki, bu sözləri "Keşlə"nin sabiq yarımmüdafiəçisi Ruslan Qurbanov deyib.
Mövsüm başa çatdıqdan sonra paytaxt klubu ilə yollarını ayıran 29 yaşlı hücumameyilli oyunçu rəhbərliyin ona verdiyi sözü tutmasını gözləyir: "Mənə pulun veriləcəyini dedilər, amma çoxdandır bir xəbər yoxdur. Əslində, elə böyük məbləğ də deyil. Bu üzdən həmin pulu "Keşlə"nin vermək iqtidarında olmaması mənim üçün təəccüblüdür. Sənədlərimi toplamaq, qohumlarımın yanına getmək istəyirəm, amma bu məsələyə görə qalmışam".
Milli komandamızın formasını geyinmiş Qurbanov paytaxt təmsilçisinin borcu ödəmək fikrində olmadığını qeyd edib: "Düşünürəm ki, "Keşlə" borcumu vermək istəmir. Ancaq müqaviləmdə yazılıbsa, ödəməlidirlər. Bu klub üçün sağlamlığımı ortaya qoydum, bütün gücümlə mübarizə apardım, zədələr aldım. Ötən il sonuncu yeri tutan komandanı bu il üçüncü pilləyə daşıdıq. Amma bunun fonunda indi pulumu verməmələrinə təəccüblənirəm".
Futbolçu problemin həll olunmayacağı təqdirdə, AFFA və FİFA-ya müraciət ünvanlayacağını da istisna etməyib: "Hər şeyin sakit şəkildə həllini istəyirəm. Mən halal pulumu tələb edirəm. Əgər ödəməsələr, o zaman AFFA-dan kömək istəyəcəyəm. Burada tək deyiləm, ailəmlə birlikdəyəm. Bu həftəni də gözləyəcəyəm, borcu verməsələr, AFFA-ya müraciət edəcəyəm. Gözləməyə çox vaxtım yoxdur. Əgər AFFA da kömək etməsə, nə edəcəyimi bilirəm. Məcbur qalsam, FİFA-ya şikayət edəcəyəm".
Qeyd edək ki, Ruslan Qurbanov 2019/20 mövsümündə Premyer Liqada 16 oyun keçirib, 2 qol vurub. (apasport.az)
Oxşar xəbərlər
“Keşlə” 3 aydır maaşı vermir - Açıqlama
"Keşlə" 5000 manatın "arxasına keçib" - FOTO-FAKT
Ruslan Qurbanov "Keşlə"dən göndərildi
Faiq Cabbarov:" Axtarışda olduğumu bilsəydim, gizlənərdim də"
Kostova 5 aydır maaş almır: Pulumu verməsələr, başqa yığmanı seçəcəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası