reklam
Sportfm.az xəbər saytı

"Renat Dadaşov əlavə güc sərf etmir" -İngiltərəli ekspert


"Onu yaxından görənlər yalnız "Vulverhempton"un U-23 komandasının oyunlarını stadiondan izləyən qatı azarkeşlərdir".

Sportfm.az xəbər verir ki, bunu "Birmingem Mail" nəşrinin "Vulverhempton" üzrə müxbiri Aleks Diken "coventrytelegraph.net" saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun "Koventri" klubuna mümkün keçidi barədə danışarkən deyib.

21 yaşlı hücumçunun cari mövsümün ilk yarısını Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirdiyini xatırladan ekspert onun kifayət qədər güclü bədənə sahib olduğunu bildirib: "Böyük ehtimalla, əsl cərimə meydançası hücumçusu olacaq. Çünki enerjisindən düzgün yararlanır və əlavə güc sərf etmir. Çox sürətlidir, dar sahədə ayaqla yaxşı oynaya bildiyini dəfələrlə göstərib".

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. 

Oxşar xəbərlər

Millimizin futbolçusu Çempionşip klubuna keçə bilmədi
Renat Dadaşovun taleyi necə olacaq? - "Vulverhempton" yeni hücumçu transfer edir
Renat Dadaşovun komandası həkimlərə maska payladı - FOTO
Renat Dadaşov alman çıxdı
Renat Dadaşov "Vulverhempton" forması ilə meydana çıxdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər