reklam
Madridlilər minimal hesabla qalib gəldi
Sportfm.az xəbər saytı

Madridlilər minimal hesabla qalib gəldi


Futbol üzrə İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında son turda “Barselona” ilə oyunda bir xal qazanan “Selta” səfərdə “Malyorka”nın qonağı olub. Altı qolun vuruldu oyunda meydan sahibləri darmadağına sevinib. “Sevilya” da “Leqanes”lə səfər oyununda 3 xalı 3 qolla qazanıb.

Turun mərkəzi görüşü Kataloniyada keçirilib. Turnir cədvəlinin ikinci pilləsində yer alan “Barselona” ən yaxın izləyicisi “Atletiko”nu qəbul edib. Dörd qolun vurulduğu bu görüşdə isə qalib müəyyənləşməyib.

“Alaves” doğma meydanda “Qranada”ya, “Valensiya” “Atletik”ə, “Betis” isə “Vilyarreal”a iki cavabsız qolla uduzub. “Valyadolid” – “Levante” matçında isə qapılara qol vurulmayıb.

Lider “Real” isə bu turda “Xetafe” ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

İspaniya La Liqası, 33-cü tur

30 iyun

Malyorka – Selta 5:1
Qol
: Budimir, 13-pen; 52. Kuço, 27. Pozo, 40. Sevilya, 60 – Aspas, 50-pen.

Leqanes – Sevilya 0:3
Qol
: Torres, 23; 35. El Haddadi, 82.

Barselona – Atletiko 2:2
Qol
: D.Kosta, 11-öz qapısına. Messi, 50-pen – Saul, 19-pen; 62-pen.

1 iyul

Alaves – Qranada 0:2
Qol
: Antonin, 25. Soldado, 49.

Valensiya – Atletik 0:2
Qol
: R.Qarsiya, 13; 47.

Betis – Vilyarreal 0:2
Qol
: Moreno, 7-pen; 30.

Valyadolid – Levante 0:0

2 iyul

Eybar – Osasuna 0:2
Qol
: R.Qarsiya, 6; 74.

Real Sosyedad – Espanyol 2:1
Qol
: V.Xose, 56. İsak, 84 – D.Lopes, 10.

Real – Xetafe 1:0
Qol
: S.Ramos, 79-pen.

Oxşar xəbərlər

“Valensiya”dan ev, “Sevilya”dan səfər qələbəsi - La Liga
Levandovski son dəqiqələrdə fərqləndi - La Liqa
4 ev sahibindən 3-ü evdə 0-2 hesabı ilə məğlub oldu - La Liqa
"Sevilya"dan gözlənilməz xal itkisi
Ramos qol vurdu, "Real" qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər