reklam
40 yaşında karyerasını bitirmək fikrinə düşdü
Sportfm.az xəbər saytı

40 yaşında karyerasını bitirmək fikrinə düşdü


"Çelsi" və Kot-d'İvuar millisinin sabiq hücumçusu Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə D.Droqba "TF1" telekanalına müsahibəsində bildirib.

"Mövsümün sonunda karyeramı bitirmək niyyətindəyəm. Artıq 40 yaşım var. Hesab edirəm ki, vaxt çatıb", deyə D.Droqba qeyd edib.

Qeyd edək ki, məşhur futbolçu karyerasını ABŞ-ın "Finiks Rayzinq" klubunda bitirəcək. "Çelsi"nin heyətində 204 oyun keçirən D.Droqba 104 matçda rəqiblərin qapısına yol tapıb. D.Droqba 2013/14 mövsümündə İstanbulun "Qalatasaray" klubunda çıxış edərək 37 oyunda 15 qol vurub.

Oxşar xəbərlər

Droqbanın oğlu İtaliya klubda - Mövsümün sonuna qədər
Didye Droqba prezidentliyə namizəd oldu
Droqba karyerasını bitirdi
Droqba "Çelsi"yə geri döndü - FOTO
"Aslana yem olmayan yeganə ceyran" karyerasını bitirəcəyi vaxtı açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər