SPORTFM.AZ
reklam
Azərbaycanlı bombardir
Sportfm.az xəbər saytı

Azərbaycanlı bombardir "işə başladı"


Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Tukums 2000” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.

Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı 46-cı dəqiqədə meydana buraxılıb. O, 66-cı dəqiqədə rəqib qapısına yol tapmaqla cari mövsümdə qol hesabını da açıb.

Üç turdan sonra 3 xalı olan “Dauqavpils” 10 kollektiv arasında 6-cıdı.

 

Oxşar xəbərlər

Əsgərovun komandası qalib gəldi
Vüqar Əsgərov ilk matçına çıxdı
Azərbaycanlı futbolçunun komandası 15 qol vurdu
Əsgərov fərqlənə bilmədi, komandası məğlub oldu
Əsgərovun komandası xal itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər