Emil Balayev "Qarabağ"a lazım deyil? -Əmrah Çəlikəl açıqladı
“Qarabağ"ın direktoru Emrah Çelikel "Zirə" ilə müqaviləsi başa çatan Emil Balayevi transfer etdiklərinə dair xəbərlərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, klub rəsmisi "Report"a açıqlamasında Azərbaycan millisinin qapıçısı ilə danışıq aparmadıqlarını söyləyib.
O, ümumiyyətlə, bu məsələdən xəbərsiz olduğunu deyib: "Məndə belə bir informasiya yoxdur. Demirəm ki, Emili transfer edəcəyik və ya etməyəcəyik. Sadəcə bu günə olan məlumat belədir".
Mövsümün sonunda "Qarabağ"la icarə müqaviləsi başa çatan Araz Abdullayevin komandadakı gələcəyindən də söz açan direktor məsələnin açıq qaldığını vurğulayıb: "Araz bizdə icarə əsasında çıxış edirdi. Müqaviləsi bitib. Amma hələ onunla bağlı məsələ də dəqiqləşməyib. Qurban Qurbanovla görüşümüzdən sonra bütün suallara aydınlıq gələcək".
Qeyd edək ki, Emil Balayev ötən mövsümün ilk hissəsini Qazaxıstanın "Tobol" klubunda keçirib. Araz Abdullayev isə müqavilə ilə Yunanıstan "Panionios"una məxsusdur.
Oxşar xəbərlər
"Emil Balayevlə danışıq aparmırıq" - "Qarabağ"ın direktoru
"Qarabağ" millimizin qapıçısını transfer etdi
Emil Balayev "Zirə"də qalacaq? - Yeni müqavilə təklif olunacaq
Balayev "Panatinaikos"un hədəfində
“Qarabağ” qapıçısını icarəyə verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası