Klubların etirazı nəticə verdi -Qərar dəyişdirildi
Fransada koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırılan Liqa 1-in 2019/20 mövsümü ilə bağlı qərarlardan birində dəyişiklik edilib.
Sportfm.az xəbər verir ki, Liqa 1 rəhbərliyi mövsümün başa çatdırıldığını elan edərkən son sıralarda qərarlaşmış “Tuluza” və “Amyen” klublarının elitanı tərk etdiyini və növbəti mövsümü Liqa 2-də keçirəcəyini açıqlamışdı.
Lakin Fransanın Dövlət Şurası bu qərarı ləğv edib. Sözügedən klubların, eləcə də avrokuboklara vəsiqə qazana bilməyən Lion “Olimpik”inin birgə etirazı nəticə verib. Fransa hökuməti “Tuluza” ilə “Amyen”in elitanı tərk etməsinə dair qərara yenidən baxılmasını tələb edib, hətta onların Liqa 1-də saxlanılmasını tövsiyə edib. Lakin Lion “Olimpik”inin mövsümün bərpası və qaldığı yerdən davam etdirilməsi ilə bağlı tələbi rədd edilib.
Xatırladaq ki, Liqa 1-də rəqiblərindən böyük fərqlə öndə olan lider PSJ 2019/20 mövsümünün qalibi elan edilib. “Tuluza” və “Amyen” elitada qalsa, Liqa 2-dən də gələcək iki klubun iştirakı ilə növbəti mövsümdə Liqa 1-də 22 komanda mübarizə aparacaq.
Oxşar xəbərlər
“Sent-Etyenn” elitanı tərk etdi
Autsayderlər elita ilə vidalaşdı - Liqa 2-də mübarizə aparacaqlar
İki klub elitada mübarizə aparacaq
Liqa 1-də qərar dəyişdirildi
Fransanın iki klubu məhkəməyə müraciət etdi - Çempionat keçirilsin
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası