reklam
Falkaonun durumuna aydınlıq gəldi
Sportfm.az xəbər saytı

Falkaonun durumuna aydınlıq gəldi


Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində “Qaziantep”lə ev oyununda zədələnən “Qalatasaray”ın hücumçusu Radamel Falkaonun durumuna aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 34 yaşlı hücumçunun əzələsində problem aşkarlandığı diqqətə çatdırılıb. Kolumbiyalı forvardın müalicəsinə başlanılıb. Lakin onun bərpa müddəti açıqlanmayıb.

Qeyd edək ki, “Qalatasaray” sözügedən oyundan 3:3 hesablı heç-heçə ilə ayrılıb. Falkao bu görüşdə aldığı zədə səbəbindən 75-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Oxşar xəbərlər

Məşqdə zədələnən Əfran 10 gün "istirahət" edəcək
"Qalatasaray" Falkaonu satmaq istəyir - Tez-tez zədə alır
Falkaonun son durumu məlum oldu
“Kasımpaşa” minimal hesabla məğlub oldu
"Qalatasaray" Radamel Falkaonun keçidini həll etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər