reklam
“Kasımpaşa” minimal hesabla məğlub oldu
Sportfm.az xəbər saytı

“Kasımpaşa” minimal hesabla məğlub oldu


Sentyabr 13-də futbol üzrə Türkiyə Superliqasının IV turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

Sportfm.az xəbər verir ki, “Türk Telekom” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb.

Görüşdə ilk və yeganə qolu 38-ci dəqiqədə İstanbul təmsilçinin Fransanın “Monako” klubundan yeni transfer olunan Radamel Falkao vurub.

Qalan vaxt ərzində tərəflər dəfələrlə fərqlənməyə yaxın olsalarda oyunda hesab dəyişməyib. Beləliklə “Qalatasaray” doğma meydanda “Kasımpaşa”ya Falkaonun qolu sayəsində qalib gəlib.

Bu oyundan sonra “Qalatasaray” çempionatda 7 xalla 5-ci pillədə qərarlaşıb. “Kasımpaşa” 1 xalla 17-ci olub.

Turun digər oyunları sentyabrın 14, 15 və 16-da keçiriləcək.

Oxşar xəbərlər

"Qalatasaray" evdə uduzdu - Super Liqa
Emrenin komandası yenə uduzmadı - Lideri büdrətdi
"Qalatasaray" minimal hesabla qalib gəldi
"Qalatasaray" çətin səfərdən 1 xalla dönür - 90-da gələn qolla
"Qalatasaray" yenə Alanyada "ilişdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər