Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FHN-dən idmançının ölümünə münasibət:“Orada çimmək qadağandır”
Fövqəladə Hallar Nazirliyi (FHN) MMA idmançısı Anar Bağışovun dənizdə boğularaq ölməsinə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin rəisi, mayor Aqşin Əlilinin verdiyi məlumata görə, dənizin o hissəsində çimmək qadağan imiş:
“Hadisə Sabunçu rayonu, Bilgəh və Nardaran qəsəbələri arasında “12-ci dalan” adlanan ərazidə baş verib. Həmin ərazi el arasında “rus çimərliyi” kimi də tanınır. Biz dəfələrlə kütləvi informasiya vasitələri ilə əhaliyə bu ərazinin çimmək üçün qadağan edildiyini bildirmişik. Həmin ərazi bizim xidməti ərazimiz olmasa da, orada baş verən hadisələr bizi narahat etdiyi üçün ora qadağanedici lövhələr də yerləşdirmişik. Lakin təəssüf hissi ilə bildiririk ki, bəzi vətəndaşlar qadağalara məhəl qoymayaraq, orada üzürlər və sonda da belə xoşagəlməz bədbəxt hadisələr baş verir”.
O bildirib ki, həmin ərazidə sualtı hissədə kifayət qədər təhlükəli proseslər baş verir:
“Sualtı relyef yarğanlardan, burulğanlardan ibarətdir. Həmin ərazidə sualtı hissə axınları normadan artıqdır. Orada ən sərrast üzgüçü belə batmaq təhlükəsi ilə üzləşə bilər. Hətta bizim dalğıclar orada çətinlik çəkir. Ona görə də sizin sayt vasitəsilə əhaliyə bildirmək istəyirik ki, qadağanedici lövhələrin tələblərinə riayət etsinlər”.
“Əhalini daha diqqətli olmağa və nəzarət olunmayan ərazilərdən istifadə etməməyə çağırırıq”, - deyə FHN rəsmisi qeyd edib.(oxu.az)
Oxşar xəbərlər
Bakıda idmançı olduğunu deyən tələbə ölü tapıldı - ŞOK OLAY
FHN işçiləri arasında çempionat keçirildi - FOTO
Dünya çempionu olan Fatimə dənizdə boğuldu - FACİƏ
Alpinistlərin axtarışı ilə bağlı daha bir açıqlama - Onları tapmaq mümkün olmur
Stadionun yerinə şadlıq sarayı! - ÖZƏL, FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası