Futzal Liqası bərpa olunur - Naxçıvanda
Naxçıvan Futzal Liqası (NFL) bərpa olunur.
Sportfm.az xəbər verir ki, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Pandemiya dövrünün ilk mərhələsindən başlayaraq muxtar respublikamızda yoluxucu xəstəliklərə qarşı tibbi-profilaktik, dezinfeksiya və digər önləyici tədbirlər davam etdirilməkdədir. Bu proseslər bölgəmizdə fəaliyyət göstərən idman obyektlərini də əhatə edir. Məlumat üçün bildirək ki, son rəsmi statistikaya əsasən ölkə üzrə koronavirusa ən az yoluxma halı Naxçıvan Muxtar Respublikasında qeydə alınıb (0,05 %). Hazırki vəziyyətdə, sanitar-gigiyenik qaydalara və önləyici tədbirlərə ciddi əməl olunması şərti ilə Naxçıvan Futzal Liqasının davam etdirilərək mövsümün son 6 turunun oynanılması məqsədə uyğun hesab edilib. Oyunlar tamaşaçıların iştirakı olmadan, yalnız komanda heyəti və təşkilatçılıqla əlaqəli nümayəndələrin, tibbi personalın, zəruri olan halda məhdud sayda media orqanları əməkdaşlarının iştirakı ilə keçirəcək. Artıq iştirakçıların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması ilə bağlı müddəalara əsaslanan təlimat da hazırlanıb. İştirakçılarla bu barədə maarifləndirici söhbətlərin aparılması və təlimatın elektron versiyasının onlara təqdim olunması nəzərdə tutulub. Qeyd edək ki, liqanın 17-ci turunun oyunları növbəti həftə sonuna planlaşdırılıb. Yaxın günlərdə oyun cədvəli bağlı məlumatı sizinlə bölüşəcəyik. İştirakçılara uğurlar arzu edir, təyin olunan qaydalara ciddi əməl etməyə çağırırıq. Oyundan əvvəl, matç zamanı və sonrası müvafiq tələbləri yerinə yetirməyən komandalarların liqada iştirakı ilə bağlı lazımi qərarlar qəbul olunacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |