reklam
Futbolçular aclıq aksiyasına başladı -
Sportfm.az xəbər saytı

Futbolçular aclıq aksiyasına başladı -maaşlarını ala bilmədikləri üçün


Serbiyanın “Borats” klubunun futbolçuları aclıq aksiyasına başlayıblar.

Sportfm.az xəbər verir ki, buna səbəb futbolçuların məvaciblərini ala bilməməsidir. “Borats”ın sahibləri borclarına görə klubu dağıdıblar. Onlar “Provo”nu alıb və adını dəyişdirib “Borats 1926” qoysalar da, keçmiş futbolçularının pullarını ödəmək istəmirlər.

“Borats”ın 25-ə yaxın futbolçusu gecə şəhərin icra hakimiyyəti binasının önündə etiraz aksiyası keçirib.

“Mançester Yunayted”in serbiyalı futbolçusu Nemanya Matiç də etiraz edən oyunçulara dəstək olub və “siz tək deyilsiz, mən də yanınızdayam” deyib.

Oxşar xəbərlər

“Qəbələ”nin növbəti sınağı - Yoxlama oyunu
2021-ci ilin ən bahalı transferləri - SİYAHI
“Mançester Yunayted” – “Liverpul” oyunu təxirə salındı - Premyer Liqa
“Mançester Yunayted”in azarkeşləri etiraz aksiyası keçirdi - VİDEO
"Yarasalar" yarasanın zibilinə keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər