"Turan kuboku" yaradılır -Azərbaycan klubları üçün
Türkdilli ölkələrin klubları arasında yeni turnir təşkil oluna bilər.
Sportfm.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürkan Teoman məlumat verib.
O, "Turan kuboku" adlandırılacaq turnidən klubların maddi qazanc və teleyayım gəliri götürəcəyini bildirib. Federasiya təsmisi turnirin yaradılması üçün işlərin başlanıldığını deyib. Teoman bildirib ki, yeni yarış milli çempionatlara mane olmayacaq. O, türkdilli ölkələrin klubları arasında əlaqələrin daha da güclənəcəyini deyib.
“Turan kuboku”nda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və türkdilli xalqların komandalarının iştirakı planlaşdırılıb. Yarışın nə vaxt başlayacağı bilinmir.(sportal)
Oxşar xəbərlər
AFFA anlaşma Memorandumu imzaladı
Tümendə “Xalqlar dostluğu” Kuboku keçiriləcək
"Azərbaycan və Ermənistan klubları qarşılaşarsa, çempionat təşkil edərəm" - Andrey Arşavin
Güləşçilərimiz “Zəfər Kuboku”nda finala yüksəldi - FOTO
Alpaqut üzrə dünya kubokunda 300-dən çox idmançı iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası