Həbib atası ilə bağlı üzücü xəbər paylaşdı -FOTO
Dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədov koronavirusa yoluxan atası və müəllimi Əbdülmanap Nurməhəmmədovun vəziyyəti haqqında üzücü xəbəri paylaşıb.
Sportfm.az xəbər verir ki, məşhur döyüşçü atasının durumunun kritik olduğunu bildirib.

Sosial media hesabından açıqlama verən Nurməhəmmədov atasının hələ də xəstəxanada olduğunu yazıb: “Virus ürəyinə pis təsir edib. Çünki ötən il ürəyindən əməliyyat olmuşdu. Daha bir əməliyyat da etdilər. Çox pis vəziyyətdədir. Allaha onu bizə geri gətirməsi üçün dua edirik”.
O, ailəsində 20-dən çox insanın infeksiyaya yoluxduğunu qeyd edib: “20-dən çox qohumum reanimasiyada idi. İndi bir çoxu həyatda deyil. Bir çox dostumuzu itirdik. Hər kəs üçün çətin zamandır”.
Oxşar xəbərlər
Həbib Nurməhəmmədovun atası virusdan dünyasını dəyişdi
Nurməhəmmədovun atası koronavirusu yendi
Həbibin atasının vəziyyəti ağırdır - Koronavirusa yoluxdu
Nurməhəmmədovun atası komadan çıxdı
Həbibin atası xəstəxanaya yerləşdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası