Gənclər Liqasının bərpa tarixi açıqlandı
Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqasında oyunların azarkeşsiz olması şərtilə mayın 20-də bərpası nəzərdə tutulur.
Sportfm.az xəbər verir ki, bu məsələ müvafiq liqada mübarizə aparan klubların nümayəndələri ilə mütəmadi müzakirə olunur.
Xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq, AFFA Gənclər Liqası barədə müvafiq addım ata bilər.
Qeyd edək ki, AFFA martın 3-dən müxtəlif yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda oyunları qeyri-müəyyən vaxta qədər təxirə salmışdı. Operativ Qərargah aprelin 27-dən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib.
Oxşar xəbərlər
Azərbaycan məktəblərində idman zallarından istifadə edilməyəcək - Qərar
"Qəbələ"dən başqa heç bir klub məşq etməyəcək
Azərbaycan yenə futbolsuz qalacaq - RƏSMİ
Premyer Liqanın bərpa vaxtı açıqlandı
Klublarımıza məşq üçün icazə verilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası