Kopenhagen Avropa çempionatına ev sahibliyi edəcək -UEFA-ya müsbət cavab verdi
Danimarkanın paytaxtı Kopenhagen koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Avropa çempionatına ev sahibliyi edəcəyini təsdiq edib.
Sportfm.az xəbər verir ki, federasiyanın prezidenti Yesper Meller qitə çempionatını qəbul etməyə hazır olduqlarını bəyan edib: "Avropa çempionatı dünyanın ən böyük turnirlərindən biridir. Bu, tarixi hadisədir və ölkəyə futbol bayramı vermək üçün 4 oyunu qəbul etməyə hazırıq. Bu, həm millimiz, həm də azarkeşlər üçün möhtəşəm hadisə olacaq".
AÇ-2020-nin oyunları 12 şəhərdə baş tutacaq. Bakıda yerləşən Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 finalın 1 qarşılaşması keçiriləcək. AFFA Bakının oyunları qəbul etməyə hazır olduğunu bəyan etmişdi.
Oxşar xəbərlər
Ölkəmiz dünya çempionatına ev sahibliyi edəcək
Daha bir ölkə zəmanət verdi - AVRO-2020 ilə bağlı
Rumıniya da hazırdı - RƏSMİ
AVRO-2020 üçün 24 zəmanət məktubu göndərildi - Rumiya Futbol Federiyası tərəfindən
Avropa Çempionatı Bakıda keçirilməyə bilər - Şəhərlər azalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası