AVRO-2020 üçün 24 zəmanət məktubu göndərildi -Rumiya Futbol Federiyası tərəfindən
Rumiya Futbol Federiyası 2021-ci ilə təxirə salınan Avropa çempionatının oyunlarını paytaxt Buxarestdə qəbul etmək üçün UEFA-ya təminat məktubu göndərib.
Sportfm.az xəbər verir ki, qurum AVRO-2020-yə ev sahibliyi etməsini yenidən təsdiqləməkdən ötrü 24 zəruri zəmanət məktubunu təqdim edib.
AVRO-2020-nin C qrupunun 3 oyunu və 1/8 finalın bir qarşılaşması Rumıniyanın ən böyük arenası olan Milli Stadionda keçiriləcək.
Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.
Oxşar xəbərlər
8 şəhər UEFA-ya təminat verdi - AVRO-2020
AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama
Daha bir ölkə zəmanət verdi - AVRO-2020 ilə bağlı
Rumıniya da hazırdı - RƏSMİ
Azərbaycan zəmanət verdi - AVRO-2020 ilə bağlı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası