"Barselona" məşqləri bərpa edir
İspaniyanın "Barselona" futbol klubu bu gündən etibarən fərdi formatda məşqlərinə başlayacaq.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya çempionatı mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Məcburi fasilədən əvvəl klublar planlaşdırılan 38 oyundan 27-ni keçiriblər. Liderlər siyahısına 58 xal toplayan "Barselona" başçılıq edir. İkinci yerdə "Real" (56 xal), üçüncü yerdə isə "Sevilya" (47) qərarlaşıb.
Məşq yerli vaxtla 09:30-da başlayacaq. Oyunçular bazaya artıq məşqələ geyimində gələcəklər, iki qrupa bölünəcək, hər biri ayrı sahədə məşq keçəcək. Tədbir ara məsafəni qorumaq üçün düşünülüb. Bitirərkən isə paltar dəyişmə otaqlarına və təlim mərkəzinin digər obyektlərinə baş çəkmədən dərhal evə gedəcəklər.
Oxşar xəbərlər
İtaliya çempionatı ilə bağlı yekun qərar verildi
Türkiyənin sayca 5-ci komandası
"Barselona" futbol klubu fəaliyyət göstərməyəcək
Messi İspaniya çempionatında rekorda imza atdı
Aqolli "Qarabağ"dan ayrı düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası