Teymur Rəcəbov bu dəfə sülhə razılıq verdi
Şahmat üzrə onlayn Millətlər Kubokunda bu gün V tura start verilib.
Sportfm.az xəbər verir ki, Teymur Rəcəbovun yer aldığı dünya yığma günün ilk qarşılaşmasında Avropa komandası ilə qüvvəsini sınayır.
Azərbvaycanlı qrossmeyster artıq öz görüşünü başa vurub. O, Avropa komandasının lideri Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 33 yaşlı şahmatçı fransalı rəqibi ilə sülh bağlayıb.
T.Rəcəbov turnirdə daha əvvəl keçirdiyi 4 görüşdə 3 heç-heçə edib, bir dəfə isə uduzub.
Turnir cədvəlinə 7 xalla Çin başçılıq edir. Avropa və ABŞ yığmaları 5 xalla 2-3-cü yerləri bölüşdürürlər. 4 xalı Rusiya 4-cüdür. Dünya yığmasının aktivində 2 xalı var və 5-ci pillədə qərarlaşıb. Son sırada isə 1 xalla hələlik Hindistan seçməsi yer alıb.
Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ mayın 9-dək gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |