reklam
Azərbaycanlı dünya çempionunu polis cərimələmir -
Sportfm.az xəbər saytı

Azərbaycanlı dünya çempionunu polis cərimələmir -Özü açıqladı


"Yaxınlıqdakı parkda qaçanda polis cərimə yazır. Lakin milli üzvü olduğum üçün mənə güzəşt edilir, cərimə yazılmır".
Sportfm.az xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "İdman TV"nin efirində deyib. 
30 yaşlı idmançı hazırda qidalanmaya xüsusi diqqət yetirdiyini bildirib: "Olimpiya Oyunlarına hazırlaşanda gündə iki dəfə məşq edirdik və bu, gün ərzində 2-3 saat çəkirdi. Həmin vaxt yeməyə çox diqqət etmək lazım gəlmirdi. Çünki yemək yedikdə, bütün enerjini məşqdə verirdim. Amma hazırda çox məşq edə bilmirik. Bu səbəbdən yeməyə fikir vermək lazımdır. Buna riayət etməsək, çəkimiz artacaq. Normal yediyimizin yarısını yeyirik".    
Quliyev Azərbaycan xalqına müraciət edərək, hamını evdə qalmağa çağırıb: "Biz çətin dönəmdəyik və bu, hamı üçün belədir. Hər şeyi təkcə özümüz yox, ətrafdakılar üçün də edirik. Sən evdə qalsan, hamını xilas edərsən. Belə bir informasiya var ki, çox adam xəstədir, amma simptomları yoxdur. Bəziləri xəstə olduqlarını bilmir, xəstəliyi daşıyır və digərlərinə ötürür. Ona görə karantin rejimi tətbiq olunub, hər kəs evdə qalsa, çölə çıxmasa, xəstəlik yayılmayacaq. Belə olacağı təqdirdə, xəstəlik çox tez gedər. Hamıya tövsiyə edirəm ki, evdə qalsın".
Qeyd edək ki, Ramil Quliyev dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.(fanat.az) 

Oxşar xəbərlər

Ramil Quliyev bu dəfə medalsız qaldı - Brilliant Liqa
"Hədəfim idman karyeramda 3 medal qazanmaqdır" - Ramil Quliyev
Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazandı
Quliyev prezidentə təşəkkür etdi
Ramil Quliyev Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər