Azərbaycan yığmaları mövqeyini qorudu
Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması 127 xalla dünyanın 26-cı komandasıdır.
Millimizin iki həftə əvvəl açıqlanan son cədvəldəki mövqeyi dəyişməz qalıb. Yığmamız 25-ci sıradakı Xorvatiyadan 4 xal geri qalır. Voleybolçularımız 27-ci olan Meksikanı 1 xal qabaqlayır.
Siyahının ilk üç pilləsində isə Çin (391), ABŞ (382) və Braziliya (328) qərarlaşıb.
Kişilərdən ibarət Azərbaycan millisinin də mövqeyi toxunulmaz qalıb. Yığmamız 101 xalla 58-ci sırada yer alıb. Voleybolçularımız 57-ci olan İsraildən 4 xal geri qalır, 59-cu pillədəki Pakistanı 1 xal qabaqlayır. Cədvəlin ilk 3 pilləsində Braziliya (427), Polşa (384) və ABŞ (365) möhkəmlənib.
Oxşar xəbərlər
Millimizin mövqeyi dəyişmədi - FİFA reytiqi
Millimiz 52-ci sırada qərarlaşdı - FIVB reytinqi
Millimiz beynəlxalq reytinqdə mövqeyini qorudu
Azərbaycanlı gözəllər irəliləməyə davam edir
Millilərimiz mövqeyini qorudu - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək
-
Aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlandı - AFFA
-
Bu gün pley-off günüdür - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Filip Ozobiçin yeni klubu bəlli oldu















Misli Premyer Liqası