Azərbaycanlı futbolçu anlaşdığı klubun adını demək istəmir
“Təxminən iki aydır Moldovadayam. Əsas liqada çıxış edən bir klubla razılaşmışam. Ancaq rəsmi açıqlama olmadığı üçün adını demək istəmirəm”
Sportfm.az xəbər verir ki, bu sözləri matc.az-a Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə deyib.
27 yaşlı futbolçu son olaraq Bosniyanın "Çelik" klubunda çıxış edib. O, Moldovada da koronavirus pandemiyası səbəbindən liqanın təxirə getdiyini və klubların məşqləri dayandırdığını söyləyib:
“Məsələ çoxdan həll olunmalı idi. Koronavirusa görə bir müddətdir gecikir. Hələ də çempionatın nə zaman bərpa olunacağı bəlli deyil. Ancaq klubla müqavilə imzalamışam. Onlar açıqlamamış hansı komanda olduğunu demək istəmirəm”.
Quluzudə Azərbaycanın Moldovadakı səfirliyinə də təşəkkürünü bildirib: “Fürsətdən istifadə edib sizin vasitənizlə buradakı səfirliyimizə minnətdarlığımı bildirirəm. Mənimlə davamlı maraqlanırlar, daim əlaqa saxlayırlar. Çox sağ olsunlar ki, məni yalnız buraxmırlar”.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu Türkiyə klubunda - 3 illik müqavilə
Milli komandamızın sabiq üzvü Moldova klubuna transfer oldu - FOTO
Azərbaycanlı baş məşqçi Bakıya dönə bilmir - "Ölkəmizə qayıtmaq istəyirik"
Azərbaycanlı futbolçu klubsuz qaldı
Azərbaycanlı futbolçu 5-ci dəfə legioner həyatı yaşayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası