Azərbaycanlı futbolçu 5-ci dəfə legioner həyatı yaşayacaq
Ötən yay Kosovonun "Drita" komandasından ayrılan Amit Quluzadənin klubsuz günləri başa çatıb.
Sportfm.az xəbər verir ki, millimizin sabiq yarımmüdafiəçisi karyerasını Bosniya və Herseqovinada davam etdirəcək. 26 yaşlı futbolçu yüksək liqada çıxış edən "Çelik" klubu ilə müqavilə imzalayıb. Amit yeni klubunda 18 nömrəli formanı geyinəcək.
Quluzadə "Çelik"in Antalyadakı toplanışında daha əvvəl iştirak etsə də, transfer baş tutmamışdı. Lakin baş məşqçi Adnan Örnəkin istəyilə Amitin transferində xoş sonluq əldə edilib.
Qeyd edək ki, Amit ölkəmizdə “Neftçi”, "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL və Portuqaliyanın "Atletiko" klublarının da şərəfini qoruyub.
Oxşar xəbərlər
Milli komandamızın sabiq üzvü Moldova klubuna transfer oldu - FOTO
Azərbaycanlı futbolçu klubsuz qaldı
Amit oynamadı, "Çelik" qalib gəldi
Azərbaycan millisinin futbolçusu Kosovo klubu ilə müqavilə bağladı
"Sumqayıt"ın futbolçusu Yunanıstan klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Şahdağ Qusar” “Cəbrayıl”la bərabərə qaldı - I Liqa
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası