Pilotlar Fransaya getməli olmayacaq
Fransa prezidenti Makron xalqa televiziya ilə müraciətində bildirib ki, ictimai tədbirlərin keçirilməsinə məhdudiyyətlər iyulun ortalarına qədər davam edəcək.
Sportfm.az xəbər verir ki, Formula 1 Fransa Qran-prisinin iyunun 28-də keçirilməsi nəzərdə tutulmuşdu. Çox ehtimal ki, bu yürüş də ləğv ediləcək, amma hələ ki bu rəsmən təsdiq edilməyib.
Makron bildirib ki, özünütəcrid tədbirləri mayın 11-dək davam edəcək, sonra uşaq bağçaları və məktəblər, mağazalar və restoranlar açılmağa başlayacaq, amma ictimai tədbirlərin keçirilməsinə qadağa iyulun ortasına qədər davam edəcək.
Formula 1 Fransa Qran-prisi ləğv ediləcəyi halda, bu, cari ildə koronavirus pandemiyası səbəbindən ləğv edilmiş və ya vaxtı dəyişdirilmiş onuncu mərhələ olacaq.
Gözlənildiyinə görə, Formula 1 mövsümü 2020-ci il iyulun 19-da Silverstounda başlanacaq, amma müddətlər haqqında danışmaq hələ tezdir.
Oxşar xəbərlər
Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olundu - Formula 1
Azərbaycan Qran-prisi rəsmən ləğv olunub - Formula 1
Avstriyada keçiriləcək yürüşlərin adı bilindi
Fransa Qran-prisi təxirə salındı - RƏSMİ
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası