reklam
Premyer Liqada 1 milyardlıq itki -
Sportfm.az xəbər saytı

Premyer Liqada 1 milyardlıq itki -AÇIQLAMA


Koronavirus pandemiyası səbəbiylə İngiltərə Premyer Liqasına dəyəcək maddi zərərlə bağlı açıqlama verilib.

Sportfm.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, turnirin icraçı direktoru Riçard Masters, bunları deyib:

“Premyer Liqanı tamamlaya bilməsək, azı 1 milyon funt-sterlinq zərərlə qarşılaşacağıq. Pandemiya davam etsə, maddi itkilərimiz də çoxalacaq. Bu vəziyyət təkcə 20 klubun maliyyə vəziyyətinə deyil, eyni zamanda bütün peşəkar dairələrə mənfi təsir göstərəcək. Klublar dövlətdən maddi yardım almadan, işçilərinin məvacibini ödəməyə davam etməyin yolunu tapmalıdırlar”.

Daha əvvəl İngiltərə Futbol Asossiasiyasının prezidenti Qreq Klark Premyer Liqanın tamamlanmama ehtimalının yüksək olduğunu bildirmişdi.

Oxşar xəbərlər

FIFA-ya maddi yardım üçün müraciət etdilər - 441 futbolçu
28 milyonluq ziyan - Ağır zərbə
Klublar 1 milyard avro itirəcək
Salahdan örnək addım - Yardım ayırdı
İngiltərə Premyer Liqasında yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər