reklam
İngiltərə Premyer Liqasında yeni rekord
Sportfm.az xəbər saytı

İngiltərə Premyer Liqasında yeni rekord


İngiltərə Premyer Liqasında yeni mövsüm başlamasa da, artıq bir rekord müəyyənləşib. Komanda.az xəbər verir ki, yeni mövsümdə Premyer Liqa klubları sponsor müqavilələrindən 226,5 milyon funt sterlinq gəlir əldə edəcəklər. Bu rəqəm ötən mövsümə nisbətən 3,6 milyon funt çoxdu. Bu da rekord göstərici sayılır. Son 6 ildə Premyer Liqa klublarının sponsor müqavilələrindən əldə etdikləri gəlir 2 dəfə artıb. 2010/2011 mövsümündə klublar 100,45 milyon funt gəlir əldə etmişdilər.

Müqayisə üçün deyək ki, Almaniya Bundesliqasında çıxış edən klubların ötən mövsüm sponsor müqavilələrindən əldə etdikləri gəlir 100, İspaniyanın 20 komandasının qazancı isə 65 milyon funt sterlinq olub. İngiltərə Premyer Liqasında sponsor müqavilələrindən ən çox gəlir əldə edən 3 klub bunlardı:

"Mançester Yunayted" (Chevrolet) - 47 milyon 
"Çelsi" - (Yokohama) - 40 milyon 
"Arsenal" (Fly Emirates) - 30 milyon

Oxşar xəbərlər

"Mançester Yunayted"in son maliyyə ili üçün rekord gəliri
London klubu rekord mənfəət əldə etdi
Premyer Liqa klubundan rekord göstərici - 125 milyon funt sterlinq
Ən çox gəlir əldə edən klubların adları açıqlandı
Premyer Liqanı tərk edərək, 100 milyona yaxın gəlir əldə etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər