reklam
Azərbaycanlı olimpiya çempionu Valeri Belenki xalqımıza müraciət etdi -
Sportfm.az xəbər saytı

Azərbaycanlı olimpiya çempionu Valeri Belenki xalqımıza müraciət etdi -VİDEO


"Bizim xalqımız dözümlü və iradəli xalqdır. Mən inanıram ki, Azərbaycan xalqı tezliklə bu çətin günləri arxada qoyacaq"

Bunu Sportfm.az-a açıqlamasında hazırda Almaniyada yaşayan olimpiya çempionu Valeri Belenki deyib.

Üçqat dünya çempionu olan idman gimnastı vətəndaşlara, doğulub boya-başa çatdığı Bakı əhalisinə də videomüraciət edib.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Oxşar xəbərlər

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi
Valeri Belenki 51 - Azərbaycanla nəfəs alan qızıl oğlan
"Qəbələ"dən başqa heç bir klub məşq etməyəcək
Azərbaycan yenə futbolsuz qalacaq - RƏSMİ
Dünya çempionu olan Rəşad Əhmədov: "Virusun ağır fəsadlar verməməsini istəyiriksə..."

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər