reklam
Futbolçuların maaşı 70 faiz azaldıldı
Sportfm.az xəbər saytı

Futbolçuların maaşı 70 faiz azaldıldı


İspaniyanın "Atletiko" (Madrid) klubunda futbolçuların və məşqçilərin maaşları koronavirusa görə 70 faiz azaldılıb.

Sportfm.az xəbər verir ki, klub İspaniya qanunvericiliyində nəzərdə tutulmuş ERTE prosedurunu tətbiq edib.

İspaniya qanunlarına görə, fors-major hallarda hansısa müəssisə gəlir əldə bilmədiyi təqdirdə, maaşlar 70 faiz azaldıla bilər.

Bildirilib ki, komandanın futbolçuları, məşqçiləri ilə yanaşı, idarə heyətinin üzvləri də maaşlarının azaldılmasına razı olublar.

Klub əlavə olaraq 430 işçisinin ödənişlərinin artacağını açıqlayıb.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb. Daha öncə "Barselona"da maaşların koronavirus pandemiyasına görə 70 faiz azaldıldığı bəlli olub.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqası 48-cidir - 93 çempionatın yer aldığı siyahıda
Daha bir klub maaşları azaltdı
"Zenit"də futbolçuların maaşı azaldıldı
Futbolçular imtina etdi - Maaşları azaldılmasın
Futbolçular maaşlarının azaldılmasına qarşı çıxdılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər